Ötən il Azərbaycanda 100-ə yaxın yeni yaşayış massivi qazlaşdırılıb

Ötən il Azərbaycanda 100-ə yaxın yeni yaşayış massivi qazlaşdırılıb Ötən il Azərbaycanın müxtəlif rayon və şəhərlərində toplam 100-ə yaxın yeni yaşayış massivində qazlaşdırlma işləri aparılıb.
Energetika
7 Yanvar , 2022 15:50
Ötən il Azərbaycanda 100-ə yaxın yeni yaşayış massivi qazlaşdırılıb

Ötən il Azərbaycanın müxtəlif rayon və şəhərlərində toplam 100-ə yaxın yeni yaşayış massivində qazlaşdırılma işləri aparılıb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, qazlaşma proqramı "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Belə ki, ötən illərdə olduğu kimi 2021-ci ildə də yaşayış ərazilərinin qazlaşdırılması tədbirləri davam etdirilib.

O bildirib ki, 2021-ci ildə Ağcabədi rayonunun Şahmalılar kəndində, İmişli rayonunun Hacırüstəmli və Kürdmahmudlu kəndlərində, Neftçala rayonunun Pirəbbə kəndində, Salyan rayonunun Cəngan və Beştalı kəndlərində, Yardımlı rayonunun Şiləvəngə və Dəlləkli kəndlərində, Zərdab rayonunun Kəndəbil kəndinin, Astara rayonunun Deqadi kəndində, Goranboy rayonunun Qazançı kəndində, Şamaxı rayonunun Səfalı kəndində, İsmayıllı rayonunun Enişdibi kəndində, Lerik rayonunun Babaküçə kəndində, Sabirabad rayonunun Əliləmbəyli kəndində, Xaçmaz rayonunun Maqsudkənd kəndində, Cəlilabad rayonunun İnilli, Məmmədcanlı və Cəfərli kəndlərində, Gədəbəy rayonunun Əyrivəng kəndində qazlaşdırılma işləri aparılmışdır. Bundan əlavə olaraq Sabirabad, Salyan, Yardımlı, Gədəbəy, Füzuli, Siyəzən, Quba, Zaqatala, Qax, Xaçmaz, Goranboy, İsmayıllı, Göyçay, Bərdə, Beyləqan, Şəmkir, Göygöl, Ağdaş, Cəlilabad, Abşeron rayonlarında, Bakı, Gəncə və Sumqayıt şəhərlərində toplam 100-ə yaxın yeni yaşayış massivində qazlaşdırılma işləri aparılıb.

T. Cəfərov bildirib ki, eyni zamanda "Azəriqaz" İstehsalat Birliyinin təşəbbüsü ilə 200-dən artıq şəhid ailələrinin və müharibə iştirakçılarının fərdi yaşayış evləri "Azəriqaz"ın daxili imkanları hesabına qazlaşdırılıb: “Bu ilin yanvarın 1-nə respublikada mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi 96,3 %-ə çatıb”.

Son xəbərlər

Orphus sistemi