Ötən il Azərbaycan təbii qaz ixracını 40 %-dən çox artırıb

Energetika
  • 18 yanvar, 2024
  • 13:07
Ötən il Azərbaycan təbii qaz ixracını 40 %-dən çox artırıb

2023-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 26 milyard 623 milyon 473,52 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 13 milyard 678 milyon 344,14 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin illə müqayisədə 40,38 % çox, dəyəri isə 8,75 % azdır.

2023-cü ildə Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,35 % olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.