Ötən il Azərbaycan Qazaxıstandan neft alışını təxminən 49 % azaldıb
- 15 fevral, 2024
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan Qazaxıstandan 62 min 114,51 ton xam neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qazaxıstandan Azərbaycana ixrac edilən neftin dəyəri 30 milyon 431,50 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci illə müqayisədə həcm baxımından 58 min 935,51 ton və ya 48,7 %, məbləğ baxımından isə illik müqayisədə 43 milyon 994,59 min ABŞ dolları və ya 2,5 dəfə azdır.
Ötən il ərzində Azərbaycan ümumilikdə 1 milyard 077 milyon 236,2 min ABŞ dolları dəyərində 1 milyon 917 min 793,68 ton xam neft idxal edib. Bu da 2022-ci illə müqayisədə məbləğ baxımından 626 milyon 308,37 min ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 1 milyon 244 min 425,48 ton və ya 2,8 dəfə çoxdur.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 30 milyon 083,1 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci illə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,6 %) azdır.