Ötən il Azərbaycan neftinin orta qiyməti 71,64 dollar/barel olub

Ötən il Azərbaycan neftinin orta qiyməti 71,64 dollar/barel olub ​Ötən il Azərbaycan neftinin dünya bazarında orta qiyməti 56% yüksəlib
Energetika
9 Yanvar , 2019 14:27
Ötən il Azərbaycan neftinin orta qiyməti 71,64  dollar/barel olub

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2018-cı ildə orta qiyməti 71,64 dollar/barel olub.

 “Report” xəbər verir ki, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti dekabrın 28-də qeydə alınıb, həmin tarixdə qiymət 53,56 dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə oktyabrın 4-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 87,51 dollar/barelə təklif edilib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi