Ötən il Azərbaycan metanol ixracından gəlirini 76 % artırıb
- 31 yanvar, 2022
- 08:33
2021-ci ilin dekabr ayında Azərbaycan 13,9 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Hesabata əsasən, bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 8,8 milyon ABŞ dolları və ya 2,7 dəfə çoxdur.
2021-ci il ərzində isə Azərbaycan 90,1 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib ki, bu da 2020-ci ilin göstəriciləri ilə müqayisədə 38,9 milyon ABŞ dolları və ya 76 % çoxdur.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.