Ötən il Azərbaycan Gürcüstanın təbii qaz tələbatının 93%-ni təmin edib

Ötən il Azərbaycan Gürcüstanın təbii qaz tələbatının 93%-ni təmin edib Qonşu ölkədə təbii qaza tələbat illik müqayisədə 15% artaraq 2,5 milyard kubmetrə bərabər olub
Energetika
7 İyul , 2020 13:03
Ötən il Azərbaycan Gürcüstanın təbii qaz tələbatının 93%-ni təmin edib
0 : 00
0 : 00

Ötən il Gürcüstan təbii qaza olan tələbatının 99,8%-ni idxalın hesabına ödəyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının 2019-cu il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, Azərbaycan bu həcmin 93%-ni təmin etməklə Gürcüstanın əsas təbii qaz təchizatçısı olaraq qalıb.

Hesabat ilində qonşu ölkədə təbii qaza tələbat illik müqayisədə 15% artaraq 2,5 milyard kubmetrə bərabər olub.  

Son xəbərlər

Orphus sistemi