Ötən il Azərbaycan daha bir ölkədən “Super” markalı benzin almağa başlayıb
- 13 yanvar, 2022
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin 11 ayı ərzində ölkəmizə xaricdən 2,395 milyon ABŞ dolları dəyərində 2 min 684,79 ton Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 26,45 %, kəmiyyət olaraq – 12,1 % çoxdur.
Hesabat dövründə Rumıniyadan 1,076 milyon ABŞ dolları dəyərində 1 min 325,74 ton, Litvadan 1,032 milyon ABŞ dolları dəyərində 1 min 020,77 ton, Belarusdan 196,46 min ABŞ dolları dəyərində 237,45 ton, Yunanıstandan 90,33 min ABŞ dolları dəyərində 100,83 ton benzin alınıb.
2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Rumıniyadan idxal dəyər ifadəsində 93,11 % artıb, Belarusdan – 78,6 %, Yunanıstandan – 66,33 % azalıb. Ötən il ilk dəfə olaraq Litvadan bu növ benzinin tədarükünə başlanılıb.