Ötən il Azərbaycan daha 5 ölkədən kerosin almağa başlayıb

Energetika
  • 28 fevral, 2022
  • 12:44
Ötən il Azərbaycan daha 5 ölkədən kerosin almağa başlayıb

Ötən il ərzində Azərbaycan xaricdən 5 milyon 485,35 min ABŞ dolları dəyərində 4 min 510,88 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2020-ci illə müqayisədə idxal dəyər ifadəsində 72,01 %, kəmiyyət olaraq – 83,73 % azalıb.

Hesabat dövründə Belçikadan 3 milyon 511,33 min ABŞ dolları dəyərində 2 min 999,8 ton, Niderlanddan 1 milyon 920,05 min ABŞ dolları dəyərində 1 min 498,04 ton, Böyük Britaniyadan 20,45 min ABŞ dolları dəyərində 6,85 ton, Almaniyadan 17,25 min ABŞ dolları dəyərində 2,62 ton, Amerika Birləşmiş Ştatlarından 5,57 min ABŞ dolları dəyərində 0,31 ton.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Belçikadan tədarük müvafiq olaraq 48,76 % və 56,67 % azalıb, Böyük Britaniyadan – 47,3 % və 43,6 % artıb, Almaniyadan – 30,42 % və 69 % azalıb, Amerika Birləşmiş Ştatlarından - 99,86 % və 99,99 % azalıb.

İki il 8 aylıq fasilənin ardından Niderlanddan, 4 il 8 aylıq aradan sonra Yaponiyadan, 4 il 10 ayın tamamında Ukraynadan idxal bərpa edilib. Ötən il son 10 ildə ilk dəfə olaraq (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) Azərbaycan İtaliya, Koreya, Rumıniya, Rusiya və Tayvandan kerosin alıb.