Ötən il ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

Ötən il ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb 2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Energetika
8 Yanvar , 2024 10:31
Ötən il ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 308 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 135 milyon ABŞ dolları və ya 9,36 % azdır.

Ötən il Neft Fonduna daxil olan vəsaitlərin 324,396 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-cİ illə müqayisədə 4,171 milyon ABŞ dolları və ya 1,27 % azdır.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

Son xəbərlər

Orphus sistemi