Ötən il AÇG yatağından büdcə daxilolması proqnozdan 2 % çox olub

Ötən il AÇG yatağından büdcə daxilolması proqnozdan 2 % çox olub Yataq üzrə hasilatın həcmi Fondun büdcəsində nəzərdə tutulmuş 174,6 mln barrel həcmində proqnoza qarşı 174,6 milyon barrel və yaxud 100 % səviyyəsində təşkil edib
Energetika
9 İyun , 2021 14:44
Ötən il AÇG yatağından büdcə daxilolması proqnozdan 2 % çox olub

2020-ci ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilatın həcmi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində nəzərdə tutulmuş 174,6 milyon barrel həcmində proqnoza qarşı 174,6 milyon barrel və yaxud 100 % səviyyəsində təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Neft Fondunun 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, dəyər ifadəsilə “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilmiş mənfəət neftinin satışından 3 milyard 522,7 milyon ABŞ dolları vəsait daxil olub. Bu, büdcədə nəzərdə tutulmuş vəsaitə qarşı 2 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi