Ötən il ABƏŞ dövlətə 127 mln. barel xam neft verib

Ötən il ABƏŞ dövlətə 127 mln. barel xam neft verib Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin səhmdarları (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, ABƏŞ) dövlətə 127,4 mln. barel həcmində xam neft verib.
Energetika
8 Dekabr , 2017 17:04
Ötən il ABƏŞ dövlətə 127 mln. barel xam neft verib

Bakı. 8 dekabr. REPORT.AZ/ 2016-cı il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin səhmdarları (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, ABƏŞ) dövlətə 127,4 mln. barel həcmində xam neft verib.

“Report” xəbər verir ki, bu, “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən audit olunmuş 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq Hesabatının yekun versiyasında qeyd olunub.

Bu həcmin 45,6 mln. bareli BP, 14,8 mln. bareli “Azerbaijan (ACG) Ltd.” (SOCAR), 14,4 mln. bareli “Chevron”, 13,9 mln. bareli “Inpex”, 10,9 mln. bareli “Statoil”, 10,2 mln. bareli “ExxonMobil”, 8,6 mln. bareli TPAO, 5,5 mln. bareli “Itochu”, 3,5 mln. bareli "ONGC Videsh Ltd." şirkəti tərəfindən ödənilib.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir. 2016-cı ildə AÇG-də pay bölgüsü bu şəkildə olub: BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%).

Bu il sentyabrın 14-də AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65%, "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi