İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib - YENİLƏNİB

İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib - YENİLƏNİB Axtarış-xilasetmə əməliyyatlarına yekun vurulub
Energetika
22 Avqust , 2017 11:45
İtkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib - YENİLƏNİB

Bakı. 22 avqust. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları nəticəsində itkin düşən neftçilərin sonuncusu da tapılaraq ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, bu barədə Qərargahdan daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, meyiti aşkar edilən Əsədov Samir Atabala oğlu itkin düşən neftçilərin sonuncusu idi.

Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verilib və axtarış-xilasetmə əməliyyatlarına yekun vurulub.


*** 10:51

Bakı. 22 avqust. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-Xilasetmə Qərargahından “Report”a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilən kişi meyitinin, “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Samir Atabala oğlu Əsədova məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi