Ötən il Azərbaycan neft bitumunun ixracından 42 milyon dollardan çox qazanıb

Energetika
  • 28 yanvar, 2022
  • 10:31
Ötən il Azərbaycan neft bitumunun ixracından 42 milyon dollardan çox qazanıb

2021-ci il ərzində Azərbaycan 187,527 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 42,257 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə neft bitumunun ölkənin ümumi ixracındakı payı 0,19 % olub.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda quraşdırılan avadanlıqlar sayəsində yeni və daha keyfiyyətli bitum istehsal olunacaq. Bundan əvvəl fəaliyyət göstərən bitum qurğusu keçmiş “Azərneftyağ” Neft Emalı Zavodunun ərazisində yerləşirdi.

Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti