Ötən ay SOCAR Ukraynaya benzin idxalını cüzi artırıb
- 03 noyabr, 2021
- 07:10
Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 4,8 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, bu ilin sentyabr ayının göstəriciləri ilə müqayisədə 0,1 min ton və ya 2,12 % çoxdur.
Azərbaycan şirkəti avtomobil benzinini Polşadan idxal edib.
Bu il oktyabr ayında Ukraynaya ümumilikdə 123,7 min ton avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin analoji ayı ilə müqayisədə 29,1 % çoxdur. Cari ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 5 % çoxdur.
Bu artım əsasən Belarus istehsalı olan avtomobil benzinin sayəsində baş tutub. Belə ki, ötən ay Belarus neft emalı zavodları 106,5 min ton benzin ixrac ediblər ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 39 % çoxdur.
Oktyabrda Polşadan Ukraynaya ümumilkdə 17,1 min ton benzin idxal edilib ki, bu da illik müqayisədə 10 % azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Ukraynaya 1,048 min avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin 10 ayı ilə müqayisədə 16,4 % çoxdur.