Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi aviasiya yanacağının həcmi açıqlanıb

Energetika
  • 09 noyabr, 2021
  • 07:56
Ötən ay SOCAR-ın Ukraynaya tədarük etdiyi aviasiya yanacağının həcmi açıqlanıb

Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəməsi - “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 6,9 min ton aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında bildirilir.

Məlumata görə, Azərbaycan şirkətinin ölkəyə gətirdiyi aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Belə ki, Belarusdan 5 min ton, Litvadan isə 1,9 min ton aviasiya yanacağı alınıb.

Ümumilikdə, oktyabrda xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22 % azalaraq 16,5 min ton təşkil edib.

Belə ki, ötən ay Litvadan Ukraynaya 5,6 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 28,3 % azdır.

Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 6,9 min ton aviasiya yanacağı tədarük edilib.

Bu ilin yanvar-oktyabr aylarında isə Ukraynaya 124,8 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,3 % çoxdur.

Bu ilin 10 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 19,3 % azalaraq 45,9 min ton təşkil edib. Bu müddət ərzində Belarusdan Ukraynaya idxal edilən aviasiya yanacağının həcmi 3 dəfə artaraq 56,4 min ton təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti