Ötən ay SOCAR Ukrayanaya benzin idxalını 20 % azaldıb
- 12 oktyabr, 2021
- 12:11
Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 4,7 min ton avtomobil benzini idxal edib.
“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu, 2020-cu ilin sentyabr ayı ilə müqayisədə 1,2 min ton və ya 20,3 % azdır.
Azərbaycan şirkəti avtomobil benzinini Polşadan idxal edib.
Bu il sentyabr ayında Ukraynaya ümumilikdə 118,4 min ton avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin analoji ayı ilə müqayisədə 16,9 min ton və ya 16,6 % çoxdur.
Bu artım əsasən Belarus istehsalı olan avtomobil benzinin sayəsində baş tutub. Belə ki, ötən ay Belarus neft emalı zavodları 91 min ton benzin ixrac ediblər ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 13,4 % çoxdur.
Sentyabrda Polşadan Ukrayna ümumilkdə 27,4 min ton benzin idxal edilib.
Bu ilin yanvar-sentyabr ayları ərzində isə Ukraynaya 925 min avtomobil benzini idxal edilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 15 % çoxdur.