Ötən ay “SOCAR Polymer”in ixrac gəlirləri 5 % azalıb

Energetika
  • 28 fevral, 2023
  • 08:38
Ötən ay “SOCAR Polymer”in ixrac gəlirləri 5 % azalıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 23 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,2 milyon ABŞ dolları və yaxud 5 % azdır.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti