Ötən ay Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci 24 % artıb

Energetika
  • 21 avqust, 2025
  • 14:13
Ötən ay Gürcüstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərci 24 % artıb

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 124,92 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,3 % azdır.

Təkcə iyul ayında isə Gürcüstan Azərbaycandan 9,23 milyon ABŞ dollarlıq təbii qaz alıb. Bu, bir il əvvəlki göstəricidən 24 % çoxdur.

Bu ilin ilk 7 ayında Gürcüstan xarici ölkələrdən 258 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 8,4 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 132,81 milyon ABŞ dolları, İrandan 133 min ABŞ dolları, Çindən 122 min ABŞ dolları, Belarusdan 28 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.