Ötən ay əhali sektoru üzrə 9,6 min abonent qazla təmin olunub

Ötən ay əhali sektoru üzrə 9,6 min abonent qazla təmin olunub Ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1,955 mln.-a çatıb
Energetika
13 Oktyabr , 2016 17:14
Ötən ay əhali sektoru üzrə 9,6 min abonent qazla təmin olunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində Azərbyacan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9 556 yeni abonent qeydiyyata alınıb.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bunun da 2 974-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 6 582-si isə regionların payına düşüb.Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 954 584-ə çatıb. 

Oktyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 132 291 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 378 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Son xəbərlər

Orphus sistemi