Ötən ay BTC kəməri ilə nəql edilən neftinin həcmi açıqlanıb

Energetika
  • 14 fevral, 2024
  • 12:03
Ötən ay BTC kəməri ilə nəql edilən neftinin həcmi açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 milyon 269,1 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin yanvar ayının göstəricisinə nisbətən 0,43 % çoxdur.

Ötən ay ərzində nəqletmənin 76 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar ayında bu kəmər vasitəsilə 2 milyon 486,1 min ton neft ötürülüb. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 1,9 % azdır.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 %-ini və ya 2 milyon 055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 %-ini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti