Ötən ay “Azərişığ”a “ASAN Xidmət” vasitəsilə 330 sahibkar müraciət edib

Ötən ay “Azərişığ”a “ASAN Xidmət” vasitəsilə 330 sahibkar müraciət edib Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında 330 sahibkar elektrik enerjisi təchizatına qoşulmaq və texniki şərt almaq üçün “ASAN Xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib. Bu, yanvar ayı ilə müqayisədə 46 vahid çoxdur.
Energetika
6 Mart , 2018 11:13
Ötən ay “Azərişığ”a “ASAN Xidmət” vasitəsilə 330 sahibkar müraciət edib

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında 330 sahibkar elektrik enerjisi təchizatına qoşulmaq və texniki şərt almaq üçün “ASAN Xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib. Bu, yanvar ayı ilə müqayisədə 46 vahid çoxdur.

“Report” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, fevralın 15-dən sözügüdən xidmət bölgələrdəki bütün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilir. Bu da son nəticədə “Azərişığ”a “ASAN Xidmət” vasitəsilə müraciət edən sahibkarların sayında sıçrayışa səbəb olub. Bundan başqa, texniki şərt vermək üçün “vahid pəncərə” sistemi üzrə prosedurların 7-dən 3-ə, elektrik enerjisi şəbəkəsinə qoşulma müddətinin isə 69 gündən 24 günə endirilməsi də müraciətlərin sayının artmasında rol oynayıb.

Fevralda sahibkarlarla yanaşı əhali abunəçilərinin də “ASAN Xidmət” vasitəsilə müraciətləridə artım olub. Əgər yanvarda 3 041 vətəndaş evinə, bağına və yaxud həyətinə işıq çəkdirmək üçün “ASAN Xidmət” vasitəsilə “Azərişığ”a müraciət etmişdisə, fevralda bu rəqəm 3 252 olub.

Ümumilikdə isə ötən ay “Azərişığ”ın “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri-əhali abunəçilərinin elektrik enerjisi şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abunəçiliyinin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi) 19 min müraciət olunub.

Son xəbərlər

Orphus sistemi