Ötən ay “Azəriqaz”ın Çağrı Mərkəzinə 121 mindən çox müraciət daxil olub

Ötən ay “Azəriqaz”ın Çağrı Mərkəzinə 121 mindən çox müraciət daxil olub ​​​​​​​Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 121 596 müraciət daxil olub
Energetika
2 Dekabr , 2022 11:59
Ötən ay “Azəriqaz”ın Çağrı Mərkəzinə 121 mindən çox müraciət daxil olub

Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı Mərkəzinə 121 596 müraciət daxil olub.

“Report”un məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, ötən ay zənglərin sayının artması insanların ödədiyi məbləğin hansı tarifdə olması, balansı və limit barəsində məlumat almaq istəyi ilə bağlıdır: “Bunun 104 748-i Bakı və Abşeron rayonları ərazisindəndir”.

X.Şimşək bildirib ki, ötən ay 3,4 % və ya 3 646 abonentin “Azəriqaz”a etdiyi müraciətləri qazın olmaması ilə bağlı olub: “Müraciət edənlərin 7,8 %-i və ya 8 265 nəfər qaz təzyiqi ilə bağlı, abonentlərin 6,3 %-i isə sızmanın olması ilə bağlı müraciət edib. Ən çox müraciətlər yenə də sayğacların yüklənməsi və karta balansın artırılması ilə bağlı olub. Ötən ay 50 544 müraciətin 48,2 %-i sayğaclarla bağlı olub. Müraciətlərin 12 %-i isə kartın balansının artırılması ilə bağlı olub. 36 661 müraciət borcun qalığı (saldo) ilə bağlı olub. Bu da 104 748 müraciətin təxminən 35 %-ini təşkil edir”.

“Azəriqaz” rəsmisi qeyd edib ki, ötən ay 3,4 % abonent təbii qazın olmaması ilə bağlı müraciət edib: "Bunlardan 712-si dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəmədiyi üçün qaz təchizatı dayandırılmış abonentlərdir".

Son xəbərlər

Orphus sistemi