Ötən ay Azərbaycan neft koksu ixracını kəskin azaldıb

Energetika
  • 17 fevral, 2022
  • 13:34
Ötən ay Azərbaycan neft koksu ixracını kəskin azaldıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 2 min 980,62 ton neft koksu ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 413,34 milyon ABŞ dolları təşkil edib.

Bu, 2021-ci il ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,42 dəfə və 4,08 dəfə azdır.

Hesabat dövründə neft koksunun ölkənin ümumi ixracdakı payı 0,01 % olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.