Ötən ay Azərbaycan karbamid ixracından gəlirini 50 dəfəyədək artırıb
- 30 noyabr, 2021
- 09:19
Bu ilin oktyabr ayında Azərbaycan 19,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 19,5 milyon ABŞ dolları və ya 49,7 dəfə çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 69,8 milyon ABŞ dolları dəyərində karamid ixrac edib ki, bu da 2020-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 60,8 milyon ABŞ dolları və ya 7,8 % çoxdur.
Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.