Ötən ay 500-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün "Azərişığ"a müraciət edib

Ötən ay 500-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün "Azərişığ"a müraciət edib Bu ilin aprel ayında Azərişıq ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 466 sahibkar müraciət edib.
Energetika
4 May , 2019 11:35
Ötən ay 500-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün Azərişığa müraciət edib

Bu ilin aprel ayında "Azərişıq" ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 466 sahibkar müraciət edib. 

"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, sahibkarların müraciətlərinin sayında əvvəlki aylarla müqayisədə ciddi artım müşahidə olunur və bu, aparılan islahatlarla bağlıdır. 

Xatırladaq ki, ötən il dekabrın 25-də Prezident İlham Əliyev “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması, "Azərişığ"ın elektron xəritəsinin “ASAN xidmətin” işinə inteqrasiya edilməsi və nəhayət müraciətlərin elektron qaydada qəbul edilməsi də müsbət mənada öz rolunu oynayıb.

Bununla yanaşı aprel ayında 3 400 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib.

Son xəbərlər

Orphus sistemi