OPEK və qeyri-OPEK üzvlərinin görüşü martın ortalarına planlaşdırılır

OPEK və qeyri-OPEK üzvlərinin görüşü martın ortalarına planlaşdırılır Venesuelanın neft naziri: "OPEK və qeyri-OPEK ölkələrinin 10-dan çox iri istehsalçısının bu təklifə qoşulacağını gözləyirik"
Energetika
24 Fevral , 2016 09:42
OPEK və qeyri-OPEK üzvlərinin görüşü martın ortalarına planlaşdırılır

Bakı. 24 fevral. REPORT.AZ/ OPEK və qeyri-OPEK neft istehsalçılarının üzvləri xammal bazarındakı vəziyyəti nizamlamaq üçün martın ortalarında görüşə bilər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib.

"OPEK və qeyri-OPEK ölkələrinin 10-dan çox iri istehsalçısının bu təklifə qoşulacağını gözləyirik", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi