Yuxarı

​OPEC üzvləri hasilatla bağlı anlaşa bilməyib - YENİLƏNİB

Neft qiymətləri azalmağa başlayıb

İlk xəbər saat 17:12-də verilib

Bakı. 2 iyun. REPORT.AZ/ OPEC təşkilatına üzv ölkələrin bu gün Vyanada keçirilən növbəti iclasında hasilatla bağlı heç bir razılıq əldə olunmayıb.

Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Razılığa gəlinməməsi ilə bağlı xəbərin çıxmasından sonra neft qiymətləri 1%-ə yaxın azalaraq 49,2 dollar/barelə kimi geriləyib.

***

"Report"un analitik qrupu neft qiymətlərində azalmanın davam edəcəyini proqnozlaşdırır. Qeyd edək ki, sammitdə hasilatla bağlı bir neçə istiqamətdə fikirlər səslənsə də, bunların heç biri qəbul edilməyib. Bu fikirlər arasında hasilatın dondurulması, azaldılması, hasilat kvotasının artırılması və hər bir ölkənin xüsusi kvotaya sahib olması ilə bağlı təkliflər müzakirə edilib.

Həmçinin, Nigeriyadan olan namizəd Məhəmməd Barkindonun OPEC-in yeni baş katibi seçildiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi