“OPEK+”un görüşündən sonra neft bahalaşır

“OPEK+”un görüşündən sonra neft bahalaşır “OPEK+”un razılaşma şərtlərinin saxlanması ilə bağlı qərarından sonra neft qiymətləri artmaqda davam edir
Energetika
2 İyun , 2021 10:33
“OPEK+”un görüşündən sonra neft bahalaşır

“OPEK+”un razılaşma şərtlərinin saxlanması ilə bağlı qərarından sonra neftin qiyməti artmaqda davam edir.

Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:54-də Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,17% bahalaşaraq, 1 barreli 70,37 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,12% artaraq, 1 barreli 67,8 dollar təşkil edib. Xatırladaq ki, dünən neft qiymətlərində 1,5-2% bahalaşma qeydə alınıb.

Treyderlər “OPEK+”un iclasının nəticələrini qiymətləndirməkdə davam edirlər. Görüşün nəticəsi olaraq, alyans razılaşmanın əvvəlki parametrlərini saxlanması, yəni iyul ayında hasilatın bir qədər artırılması haqqında qərar qəbul edib.

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, OPEK+ neftə tələbin artım proqnozunu ilin əvvəlindəki gündəlik 5-5,5 milyon barreldən 6 milyonadək artırıb.

Ekspertlər hesab edirlər ki, Asiya və Avropada peyvəndləmə davam etsə və COVID-19 virusunun yeni ştammlarının yayılması riskləri yüksək olmasa, alyans neft hasilatının xeyli artırılmasına təkid edə bilər.

Sabah ABŞ-da ötən həftə üçün neftin kommersiya ehtiyatları ilə bağlı gündəlik statistika açıqlanacaq. Analitiklər ehtiyatların əvvəlki 1,7 milyon barrel azalmanın ardınca bu dəfə də 2,1 milyon barrelədək azalma gözləyirlər.

Son xəbərlər

Orphus sistemi