​OPEC: Neft bazarında pis dövr geridə qalıb

​OPEC: Neft bazarında pis dövr geridə qalıb OPEC-in hasilat kvotasını artıracağı gözlənilir
Energetika
2 İyun , 2016 15:51
​OPEC: Neft bazarında pis dövr geridə qalıb

Bakı. 2 iyun. REPORT.AZ/ Dünya neft bazarı üçün pis dövr artıq geridə qalıb. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı OPEC-in rəhbəri Abdulla Səlim əl-Bədri bu gün Vyanada işə başlayan sammitdən öncə jurnalistlərə müsahibəsində verib.

Vyana sammitində OPEC ölkələrinin neft hasilatında yeni maksimal həddin müzakirə ediləcəyi ehtimal olunur. Analitiklər yeni hasilat kvotasının 32,5 mln. barel/gün olacağını proqnozlaşdırırlar. 

Qeyd edək ki, buna qədər neft hasilatı kvotasının həcmi 30 mln. barel/gün təşkil etsə də, OPEC uzun müddətdir bu limitə riayət etmir. Belə ki, üzv ölkələr mart ayında gündəlik ortalama 32,47 mln. barel (kvotadan 8,2% çox), apreldə isə 32,64 mln. barel (kvotadan 8,8% çox) neft hasil ediblər.

Son xəbərlər

Orphus sistemi