Yuxarı
    Bağlamaq

    OPEK-in Vyana sammiti İran və İraqın mövqeyinə görə "dalana dirənib"

    İraq və İran neft hasilatının dondurulması ilə razılaşmır

    Bakı. 28 oktyabr. REPORT.AZ/ OPEK-in neft bazarının stabilləşdirilməsi tədbirləri, eləcə də, kartelin neft hasilatı həcmlərinin azaldılması mümkünlüyü üzrə hazırda Vyanada keçirilən texniki danışıqları İraq və İranın sərgilədiyi mövqe səbəbindən "dalana dirənib".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Wall Street Journal" nəşri yazıb.

    Məlumata görə, İraq və İran OPEK-in onların hasilat səviyyələrini düzgün qiymətləndirmədiyini və öz hasilatlarını dondurmaq ilə razılaşmadıqlarını bəyan ediblər.

    Bununla belə kartel ölkələrinin müşavirəsi hələ davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi