OPEC Vyana razılaşması iştirakçısı ölkələrdə hasilatın nə qədər azalacağını açıqlayıb

OPEC Vyana razılaşması iştirakçısı ölkələrdə hasilatın nə qədər azalacağını açıqlayıb Bakı. 18 yanvar. REPORT.AZ/ OPEC Katibliyi OPEC+ formatı çərçivəsində dekabrın 7-də Vyana razılaşmasına əsasən ölkələr üzrə neft hasilatının nə qədər azaldılacağı haqqında məlumat yayıb.
Energetika
18 Yanvar , 2019 15:40
OPEC Vyana razılaşması iştirakçısı ölkələrdə hasilatın nə qədər azalacağını açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ OPEC Katibliyi OPEC+ formatı çərçivəsində dekabrın 7-də Vyana razılaşmasına əsasən ölkələr üzrə neft hasilatının nə qədər azaldılacağı haqqında məlumat yayıb.

“Report” xəbər verir ki, OPEC və OPEC+ ölkələrində 2019-cu ilin ilk yarısında gündəlik hasilat 1,195 mln. barel azalaraq 43,874 mln. barelə çatdırılmalıdır.

O cümlədən OPEC ölkələrində gündəlik hasilat 812 min barel azalmaqla 25,937 mln. barel, qeyri-OPEC ölkələrində 383 min barel azalmaqla 17,937 mln. barel təşkil etməlidir. Azərbaycan gündəlik hasilatı 20 min barel azaldaraq 776 min barel səviyyəsinə çatdırmalıdır.

Dərc olunan məlumata görə, Əməkdaşlıq Bəyannaməsi iştirakçısı ölkələri 2018-ci ilin noyabr ayında saziş şərtlərini aylıq 98%səviyyəsində yerinə yetiriblər. 2017-ci ilin noyabr ayından keçən dövr ərzində hasilatın azaldılması sazişi 116% səviyyəsində icra olunub.

OPEC ölkələri (gündəlik milyon barel)
Ölkələr Hesablama səviyyəsi Azalma Yeni göstərici
Anqola 1.528 0.047 1.481
Birləşmiş Ərəb Əmirlikləri 3.168 0.096 3.072
Əlcəzair 1,057 0.032 1,025
Ekvador 0.524 0.016 0.508
Ekvatorial Qvineya 0.127 0.004 0.123
İraq 4.653 0.141 4.512
Konqo 0,325 0.010 0.315
Кüveyt 2.809 0.085 2.724
Qabon 0.187 0.006 0.181
Nigeriya 1.738 0.053 1.685
Səufiyyə Ərəbistanı 10.633 0.322 10.311
Cəmi 26.749 0.812 25.937
Qeyri-OPEC ölkələri (gündəlik milyon barel)
Ölkələr Hesablama səviyyəsi Azalma Yeni göstərici
Аzərbaycan 0.796 0.020 0.776
Bəhreyn 0.227 0.005 0.222
Bruney 0.131 0.003 0.128
Cənubi Sudan 0.132 0.003 0.129
Qazaxıstan 1.900 0.040 1.860
Malayziya 0.627 0.015 0.612
Meksika 2.017 0.040 1.977
Oman 0.995 0.025 0.970
Rusiya 11.421 0.230 11.191
Cənubi Sudan 0.074 0.002 0.072
Cəmi 18.320 0.383 17.937

Son xəbərlər

Orphus sistemi