Yuxarı
    Bağlamaq

    OPEC üzrə neft hasilatı artıb

    Ötən ay OPEC+ anlaşmasına 84% əməl olunub

    Bakı. 1 avqust. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvləri ötən ay gündəlik neft hasilatını 90 min barrel və yaxud 0,27% artıraraq 33 mln. barelə çatdırıb. 

    Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir. 

    Məlumata görə, agentliyin bununla bağlı keçirdiyi sorğuda iştirak edənlərin əksəriyyəti OPEC üzrə hasilatın həcminin artmasını Liviya ilə bağlı olduğunu bildirib. Qeyd edək ki, Liviya OPEC+ neft hasilatının azaldılması anlaşmasında istisna ölkə statusuna malikdir. 

    Sorğunun nəticələri onu göstərib ki, iyul ayında OPEC+ anlaşması 84% yerinə yetirilib. Bu göstərici iyun ayında 77% təşkil edib. Belə ki, ötən ay Səudiyyə Ərəbistanı əvvəlki ayla müqayisədə gündəlik hasilatı 50 min barel azaldıb. Həmçinin iyul ayında Anqolanın hasilatı azaltdığı bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi