OPEC+ sazişin effektivliyini izləmək üçün istinad bazasını dəyişdirir

OPEC+ sazişin effektivliyini izləmək üçün istinad bazasını dəyişdirir Nazir 2010-2014-cü illər üzrə bazanın artıq kohnəldiyini, 2015-2019-cu illərin bazasının daha real olduğunu qeyd edib.
Energetika
6 Yanvar , 2021 14:27
OPEC+ sazişin effektivliyini izləmək üçün istinad bazasını dəyişdirir

OPEC+ sazişinin effektivliyinin izlənilməsi çərçivəsində yığılmış kommersiya ehtiyatlarını müqayisə etmək üçün baza artıq 2015-2019-cu illərdən hesablanacaq.

“Report” “Investing.com”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman mətbuat konfransında bildirib.

Nazir 2010-2014-cü illər üzrə bazanın artıq kohnəldiyini, 2015-2019-cu illərin bazasının daha real olduğunu qeyd edib.

“2015-2019-cu illər dövrü daha reprezentativdir, çünki, məsələn, 2010-cu ildə neftə tələbat 86 milyon barel/gün təşkil edirdi. Bu gün isə nə tələb, nə təklif, nə də o dövrdə olan başqa bir mövcud deyil. Odur ki, bizim üçün də, qrup üçün də o dövr mənasızdır. Realist olmalıyıq”, - şahzadə deyib.

OPEC-in press-relizində qeyd olunduğu kimi, OPEC+ nazirlərinin yanvarın 5-də keçirilmiş toplantısı zamanı nazirlər 2020-ci ilin müstəsna il olduğuna və bunun OECD ölkələrinin ticari neft ehtiyatlarının son beş illik orta səviyyələrini təhrif etdiyinə diqqət yetiriblər.

Nazirlər 2015-2019-cu illərdəki ehtiyatların orta göstəricisinin daha reprezentativ olduğu qənaətinə gəliblər.

Qeyd edək ki, OPEC+in yanvar ayındakı nazirlər sammiti zamanı alyans bu ilin fevral ayında neft hasilatını artırmamağa qərar verib. Bu, dünya bazarında neft qiymətlərində əhəmiyyətli artıma səbəb olub və qiymətlər bir barel üçün 54 ABŞ dolları həddini keçib.

Son xəbərlər

Orphus sistemi