Yuxarı

OPEC sabah növbədənkənar iclas keçirə bilər

Bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo bildirib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Sabah Əlcəzairdə Neft İxrac Edən Ölkələr Birliyi - OPEC-in növbədənkənar iclası keçirilə bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindo jurnalistlərə müsahibəsi zamanı bildirib. 

Onun sözlərinə görə, bu gün və sabah keçiriləcək qeyri-formal görüşlərdə konsensus əldə olunarsa OPEC üzvləri sabah ümumi iclas keçirə bilər.

"Mümkün olmayan heç nə yoxdur. Hər şey bu gün və sabah tərəflərin öz aralarında apardıqları məsləhətləşmələrdən asılı olacaq", - deyə M.Barkindo qeyd edib. 

O, həmçinin İran neft naziri Bican Zanqane və Səudiyyə Ərəbistanınınm sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falehlə görüş keçirdiyini, danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu deyib. Baş katib Doha sammitindən fərqli olaraq bu dəfə təşkilata üzv ölkələrin danışıqlarının səviyyəsindən razı qaldığını vurğulayıb.

"Report"un analitik qrupu hesab edir ki, sabah OPEC-in ümumi iclasının keçiriləcəyi anons edilərsə, bu hər hansı anlaşmanın əldə olunması ehtimalını artıracaq. Qeyd edək ki, Rusiya tərəfi bir qədər əvvəl Əlcəzair sammitində iştirak etməyəcəyini açıqlayıb. Bu isə iclasda hər hansl qərarın qəbul olunması ehtimalını azaldır və tərəflərin yalnız növbəti görüşün tarixini razılaşdıracağını düşünməyə əsas verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi