Bakı. 27 noyabr. REPORT.AZ/ "Neftin hazırkı qiymətinin aşağı düşməsinin səbəblərindən biri artan dollar və qlobal iqtisadi artımın qeyri-müəyyənliyi fonunda spekulyativ amildir". Bunu Vyanada keçirilən konfransda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sədri adından çıxış edən Liviya baş nazirinin müavini Əbdurrəhman Əxətər Əl Əxiriş qeyd edib.
Onun sözlərinə görə, neft və neft məhsullarının satışı prosesindəki tələb və təklif uyğunsuzluğu qiymətlərin ucuzlaşmasına təsir edən əsas amillərdəndir:
"Təklifin çoxluğu, amma bunun qarşılığında tələbatın az olması, dolların möhkəmlənməsi və qlobal siyasi artımın qeyri-müəyyənliyi neftin qiymətinə təsir edən əsas amillərdəndir. OPEC-in əvvəllər də qeyd etdiyi kimi, neftin qiymətində spekulyativ fəaliyyətin təsiri də əhəmiyyətli bir amildir", - Liviya baş nazirinin müavini deyib.