OPEC+ razılaşmasının icra səviyyəsi azalıb

OPEC+ razılaşmasının icra səviyyəsi azalıb OPEC+ formatının iştirakçı ölkələri arasında neft hasilatının ixtisarına dair razılaşmanın icra səviyyəsi noyabr ayında 103 faizdən 101 faizədək geriləyib.
Energetika
15 Dekabr , 2020 14:42
OPEC+ razılaşmasının icra səviyyəsi azalıb

OPEC+ formatının iştirakçı ölkələri arasında neft hasilatının ixtisarına dair razılaşmanın icra səviyyəsi noyabr ayında 103 faizdən 101 faizədək geriləyib.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (İEA) dekabr ayındakı hesabatına görə, OPEC-ə üzv ölkələrin ixtisardakı payı 105 faiz, qeyri-OPEC ölkələrinin isə 95 faiz olub.

“Aylıq hesabla artımın 80 min barel olduğu BƏƏ-dən savayı ixtisarda iştirak edən ölkələrin hamısı hasilatı sabit saxlayaraq OPEC+ razılaşmasını noyabr ayında 101 faiz yerinə yetirib”, – hesabatda qeyd olunur.

Hesabata görə, OPEC ölkələrində gündəlik hasilatın həcmi noyabr ayında Liviyada hasilatın artımı hesabına 730 min barel artaraq 25 milyon barelə çataraq ötən ilin müvafiq dövrünə nisbətən 4,3 milyon barel az olub.

Xatırladaq ki, hasilatın ixtisarına dair razılaşmada OPEC üzv ölkələrindən İran, Liviya, Venesuela iştirak etmir.

Son xəbərlər

Orphus sistemi