OPEC+ razılaşması artıqlaması ilə yerinə yetirilib

Energetika
  • 15 iyul, 2021
  • 15:24
OPEC+ razılaşması artıqlaması ilə yerinə yetirilib

OPEC+ razılaşması çərçivəsində hasilatın azaldılmasına dair razılaşma şərtlərinin bir qədər yumşaldılması ilə OPEC ölkələri iyun ayında gündəlik hasilatı 590 min barel artıraraq 26,03 milyon barelə çatdırıb.

“Report” xəbər verir ki, OPEC-in iyul ayı hesabatına görə, hasilat artımı daha çox Səudiyyə Ərəbistanı (425 min barel), Birləşmiş Ərəb Əmirlikləri (40 min barel), Küveyt, İran (33 min barel), Anqolada (36 min barel) baş verdiyi halda, İraqda (10 min barel), Nigeriyada (8 min barel), Ekvator Qvineyasında (7 min barel) azalıb.

Bütövlükdə ötən ay OPEC ölkələri hasilatın azaldılmasına dair gündəlik 4,01 milyon barel həcmindəki öhdəliyinə qarşı 2018-ci ilin oktyabr ayına nisbətən 4,81 milyon barel az neft hasil edərək öhdəliyi 120 % yerinə yetirmiş olublar.

O cümlədən Anqola öhdəliyini 180 %, Nigeriya 156 %, Səudiyyə Ərəbistanı 127 %, Konqo Respublikası isə 122 % yerinə yetirib.