“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlanıb

Energetika
  • 04 yanvar, 2022
  • 14:16
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlanıb

“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının keçiriləcəyi vaxt məlum olub.

“Report”un xəbərinə görə, bu barədə “TASS”a mənbə bildirib.

Qeyd olunub ki, növbəti iclas 2 fevral tarixində keçiriləcək.

İclasda nazirlər mart ayı üçün neft hasilatı planını müzakirə edəcəklər.