OPEC ölkələrində neft hasilatının artdığı bildirildi

OPEC ölkələrində neft hasilatının artdığı bildirildi OPEC ölkələrində gündəlik neft hasilatı sentyabr ayında 340 min barel artaraq 27,15 milyon barel təşkil edib.
Energetika
14 Oktyabr , 2021 16:01
OPEC ölkələrində neft hasilatının artdığı bildirildi

OPEC ölkələrində gündəlik neft hasilatı sentyabr ayında 340 min barel artaraq 27,15 milyon barel təşkil edib.

“Report” xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr ayı hesabatına görə bu artım əsasən Səudiyyə Ərəbistanı və İraq hesabına əldə edilib.

Bununla yanaşı, dünya boyu hasilatın həcmi 260 min barel azalaraq 96 milyon barelədək geriləyib. Bunun başlıca amilləri ABŞ-da İda qasırğası nəticəsində meydana gələn itkilər, Kanada və Norveçdə aparılan təmir işləridir.

"OPEC+" formatının iştirakçı ölkələri neft hasilatının ixtisarına dair məlum razılaşmanı sentyabrda 116 % səviyyəsində yerinə yetirib. O cümlədən OPEC ölkələri üçün bu göstərici 118 %, qeyri-OPEC ölkələri üçün də 113 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi