OPEC prezidenti: "OPEC+ ölkələri neft istehsalını daha da azalda bilər"

OPEC prezidenti: "OPEC+ ölkələri neft istehsalını daha da azalda bilər" Bakı. 24 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri lazım gəlsə, saziş müddətini artıra, yaxud hətta neft istehsalını daha da azalda bilər.
Energetika
24 Dekabr , 2018 12:50
OPEC prezidenti: OPEC+ ölkələri neft istehsalını daha da azalda bilər

Bakı. 24 dekabr. REPORT.AZ/ "OPEC+ ölkələri lazım gəlsə, saziş müddətini artıra, yaxud hətta neft istehsalını daha da azalda bilər".

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu OPEC prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl əl Məzrui bildirib.

“Nəzərdə tutulan hasilat azalması ətraflı şəkildə araşdırılmışdı, lakin səmərəli olmasa, əvvəllər etdiyimiz kimi istədiyimiz vaxt OPEC-in növbədənkənar iclasını çağıra bilərik”, – təşkilatın rəhbəri deyib.

Nazir vurğulayıb ki, OPEC+ formatının müddətini daha altı ay uzatmaq zərurəti yaransa, bunun həyata keçiriləcəyini, hasilatı azaltmaq lazım gəlsə, həmişə müzakirə edib sanballı qərara gəlirik. O, bəzi üzv ölkələrdə hasilatın təbii azalması baş verdiyindən OPEC-in saziş şərtlərini həqiqətən də artıqlaması ilə yerinə yetirə biləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından etibarən yarımillik müddətinə bütün iştirakçı ölkələrinin gündəlik hasılatını 1,2 milyon barel azaltmaq qərarını vermişdi. Bunun 800 mim bareli OPEC üzv ölkələrinin, qalan 400 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür.

Son xəbərlər

Orphus sistemi