Yuxarı

OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə saziş şərtlərini 139% yerinə yetirib

​OPEC+ ölkələri martda hasilatın azaldılmasını 139% yerinə yetirib

Neft hasilatının azaldılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2019-cu ilin mart ayının sonuna onun şərtlərini 139% yerinə yetirib. Texniki komitənin bazar ertəsi keçirilən qiyabi iclasının yekun məlumatında belə deyilir.

"Report" xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq ölkələrinin nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Mənbələrdən biri ümumi azalma səviyyəsinin mart ayında 139% səviyyəsində olduğunu, digəri isə OPEC ölkələrində bu göstərici 157%, qeyri-OPEC ölkələrində isə 102% təşkil etdiyini bildirib.

Daha əvvəl mart ayında Səudiyyə Ərəbistanının və planlaşdırılan təmir səbəbilə böyük yataqlarda hasilatı dayandıran Qazaxıstanın hasilatı xeyli azaltdığı xəbər verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi