OPEC hasilatı 1,9 mln barel azaldıb

OPEC hasilatı 1,9 mln barel azaldıb OPEC ölkələri hasilatı 1,89 mln barel azaldıb
Energetika
14 İyul , 2020 18:40
OPEC hasilatı 1,9 mln barel azaldıb

OPEC-ə üzv ölkələr iyun ayında  gündəlik 22,27 mln barel neft hasil edib.

“Report” xəbər verir ki, bu barədə kartelin aylıq hesabatında qeyd edilib.

Ümumilikdə, OPEC ölkələri iyun ayında əvvəlki ayla müqayisədə gündəlik neft hasilatını  1,89 mln barel  azaldıb. Beləliklə, OPEC ölkələri hasilatın azaldılması üzrə OPEC+ sazişinə 12% artıq əməl edib.

Bildirilib ki, neft hasilatı əsasən Səudiyyə Ərəbistanı, İraq, Venesuela, BƏƏ və Küveytdə azalıb,  Liviya və Ekvatorial  Qvineyada isə artıb. Səudiyyə Ərəbistanında  iyun ayında hasilat 923 min barel azaldılaraq 7,56 mln barel, İraqda 449 min barel azaldılaraq 3,72 mln barel təşkil edib. İyun ayında Səudiyyə Ərəbistanı öhdəliyini 137% yerinə etirib.

Hasilatın azaldılması öhdəliyini yerinə yetirməyən İraq və Nigeriya əvvəlki ayla müqayisədə göstəricisini yaxşılaşdırıb.

Belə ki, İraq öhdəliyinə iyun ayında 88% , Nigeriya isə 78% əməl edib, may ayında isə bu göstərici İraqda 46%, Nigeriyada 78% idi.

Son xəbərlər

Orphus sistemi