OPEC neftə tələbatla bağlı proqnozunu yaxşılaşdırıb

OPEC neftə tələbatla bağlı proqnozunu yaxşılaşdırıb İndi OPEC qlobal tələbatın gündəlik 96,5 milyon barel səviyyəsində olacağını gözləyir
Energetika
13 Aprel , 2021 21:05
OPEC neftə tələbatla bağlı proqnozunu yaxşılaşdırıb

OPEC 2021-ci ildə qlobal neft tələbatındakı artım proqnozunu ötən ayla müqayisədə gündəlik 0,1 milyon barel artıraraq 6 milyon barel/günə çatdırıb.

“Report” xəbər verir ki, bu barədə qurumun aprel üçün olan aylıq hesabatında deyilir.

İndi OPEC qlobal tələbatın gündəlik 96,5 milyon barel səviyyəsində olacağını gözləyir.

Xatırladaq ki, təşkilatın fevral hesabatında gündəlik tələbat artımının 5,8 milyon barel, mart hesabatında isə 5,9 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılmışdı.

OPEC tələb proqnozundakı artımın əvvəl düşünüləndən daha intensiv iqtisadi bərpa ilə əlaqəli olduğunu bildirib. İqtisadi dirçəliş, ilk növbədə, bu ilin ikinci yarısında OECD ölkələrində neft tələbatına təsir edəcək. COVID-19 məhdudiyyətlərinin daha da yumşaldılması və peyvəndləmə kampaniyası tələbə təsir edən digər amillər olacaq.

Eyni zamanda təşkilat 2020-ci ildə neftə olan tələbi korrektə etməyə davam edir və hazırda dünyada tələbatın gündəlik 9,5 milyon barel azalaraq 90,5 milyon barel/günə düşdüyünü məlumat verir.

Son xəbərlər

Orphus sistemi