OPEC neft hasilatının azaldılması ilə bağlı öhdəliyini 90% yerinə yetirib

OPEC neft hasilatının azaldılması ilə bağlı öhdəliyini 90% yerinə yetirib Bu gün ABŞ-da aktiv neft quyularının sayı açıqlanacaq
Energetika
10 Fevral , 2017 20:01
OPEC neft hasilatının azaldılması ilə bağlı öhdəliyini 90% yerinə yetirib

Bakı 10 fevral. REPORT.AZ/ OPEC üzvü olan ölkələr keçən ilin dekabrında neft bazarını sabitləşdirmək üçün hasilatı gündəlik 1,2 mln. barel azaltmaqla bağlı qərarına 90% əməl edib. 

"Report"un Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi (İEA) yayıb. Agentliyin aylıq hesabatına əsasən, OPEC üzvü olan ölkələr bu ilin yanvar ayında gündəlik hasilatı 1 mln. barel azaldaraq 32,06 mln. barelə endirib. "Bu, OPEC tarixində hasilatın azaldılması ilə bağlı ən böyük təşəbbüsdür",- agentlik qeyd edib. 

İEA-nın hesabatında həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Anqola kimi OPEC üzvü olan ölkələrin hasilatı söz verdiklərindən daha çox azaltdıqları, İraqın buna 50%, Venesuelanın isə 18% əməl etdiyi bildirilib. Dünya bazarında neft hasilatının azaldılması Nigeriya və Liviyada hasilatın artması ilə bir qədər kompensasiya olunub. Məcmu qlobal neft təklifinin yanvarda 1,5 mln. barel/gün azaldığı vurğulanıb.

Bu xəbər "Brent" markalı neftin barelinin yenidən 56 dollar səviyyəsini keçməsinə səbəb olub. 

Xatırladaq ki, fevralın 10-da ABŞ-da aktiv neft quyularının sayı ilə bağlı göstəricilər açıqlanacaq. Neftin qiymətinin bu xəbərə əsasən istiqamətini təyin etməsi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi