OPEC+ neft hasilatı ilə bağlı kvotanın müddətini uzadır

OPEC+ neft hasilatı ilə bağlı kvotanın müddətini uzadır
Energetika
109
9 Fevral , 2020 14:00
OPEC+ neft hasilatı ilə bağlı kvotanın müddətini uzadır

OPEC+ formatının Texniki Komitəsi neft hasilatnın azaldılmasına dair qüvvədə olan kvotanın müddətini bu ilin sonunadək uzatmağı tövsiyə edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hazırda OPEC konfransının sədri olan Əlcəzairin energetika naziri Məhəmməd Ərkab bildirib. 

Onun dediyinə görə, komitə həmçinin 2020-ci ilin ikinci rübünün sonunadək veriləcək qərarla neft hasilatını daha çox azaltmağı tövsiyə edib.

Əlcəzairli nazir yeni koronavirusun iqtisadi fəsadlarından danışıb: “Koronavirusun yaratdığı epidemiya iqtisadi fəaliyyətlərə, xüsusilə də istər Çində, istərsə də bütövlükdə Asiyada nəqliyyat, turizm, sənaye sahələrinə mənfi təsir göstərərək getdikcə bütün dünyanı əhatə etməyə başlayır”.

Xatırladaq ki, bu il fevralın 5-də Texniki Komitənin iclasında koronavirusun neft bazarına mənfi təsirini yumşaltmaq üçün gündəlik hasilatı daha 600 min barel azaltmaq barədə üzv ölkələrə tövsiyə verilib. Bu il martın 31-dək qüvvədə olan mövcud razılaşma hasilatı 2018-ci ilin oktyabr ayının səviyyəsinə nisbətən 1,7 milyon barel azaltmağı nəzərdə tutsa da, Çində koronavirusun yayılması nəticəsində bu razılaşmanın iyun ayında dəyişdirmək ehtimalı ilə ilin sonunadək uzadılması məsələsi gündəmə gəlib. Koronavirusun Çində iqtisadi fəaliyyətlərini xeyli zəiflətdiyinə görə ekspertlər neftə olan tələbatın xeyli azalacağı proqnozunu verirlər.