OPEC+ Monitorinq Komitəsinin növbəti iclasının tarixi açıqlandı

OPEC+ Monitorinq Komitəsinin növbəti iclasının tarixi açıqlandı OPEC+ Monitorinq Komitəsinin nazirləri cümə axşamı bütün görüşü alyansda nizam-intizama riayət edilməsi məsələsinə həsr ediblər. Səudiyyə Ərəbistanı may ayında neft hasilatının azaldılması üzrə razılaşmada iştirak edən, amma saziş üzrə öhdəlikləri yerinə yetirməyən beş ölkənin bunun kompensasiyası ilə bağlı dəqiq plan təqdim etməsində israr edib.
Energetika
19 İyun , 2020 12:38
OPEC+ Monitorinq Komitəsinin növbəti iclasının tarixi açıqlandı

OPEC+ Monitorinq Komitəsinin nazirləri cümə axşamı bütün görüşü alyansda nizam-intizama riayət edilməsi məsələsinə həsr ediblər. Səudiyyə Ərəbistanı may ayında neft hasilatının azaldılması üzrə razılaşmada iştirak edən, amma saziş üzrə öhdəlikləri yerinə yetirməyən beş ölkənin bunun kompensasiyası ilə bağlı dəqiq plan təqdim etməsində israr edib.

“Report” TASS-a istinadən xəbər verir ki, görüşdə bunun bağlı dəqiq qrafiki yalnız İraq və Qazaxıstan göstərib, digərləri planını iyunun 22-dək təqdim edilməlidir.

OPEC+ Monitorinq Komitəsinin tərkibinə sazişdə iştirak edən 23 ölkədən 8-i daxildir. Bunlar komitənin həmsədrləri - Rusiya və Səudiyyə Ərəbistanı, habelə Əlcəzair, Venesuela, İraq, Qazaxıstan, Küveyt və BƏƏ-dir. Ayda bir dəfə toplaşan komitə hasilatın azaldılması tempi və kvotaların yerinə yetirilib-yetirilməməsini izləyir, bazardakı vəziyyəti təhlil edir və zəruri hallarda ittifaqın neft bazarındakı hərəkətləri ilə bağlı tövsiyələr verə bilər.

Bu dəfə 3,5 saatlıq onlayn iclasın, demək olar, hamısı nizam-intizam məsələsinə həsr olunub. Neft hasilatını gündəlik 9,7 milyon barel azaltmaq üzrə razılaşma may ayında başlayıb. OPEC+ iyul ayının sonuna qədər xammal istehsalını bu həcmdə azaldacaq. Avqustdan məhdudiyyətlər yumşaldılacaq və ilin sonuna qədər yalnız 7,7 milyon olacaq.

Lakin may ayında bu plan yalnız 87% yerinə yetirilib. Belə ki, bəzi ölkələr öhdəliklərini tam yerinə yetirməyiblər. OPEC-də hasilat baxımından ikinci yeri tutan İraq kvotanın yalnız 46%, Qabon isə 40%-ni yerinə yetirib. Qazaxıstanda (71%), Anqolada və Nigeriyada (hər ikisi 74%) göstəricilər daha yaxşı olub. Beləliklə, OPEC+ saziş üzrə yüzfaizlik nəticə əldə etmək üçün gündəlik təxminən 1,3 milyon bareli bazardan çıxara bilməyib.

OPEC+də hasilatın vəd edilmiş azalma tempindən geri qalma alyansın mövcud olduğu əvvəlki üç ildə də baş verib. Lakin hasilat məhdudiyyətləri qat-qat kiçik olduğundan bu, ümumi göstəriciyə az təsir göstərib. Üstəlik, Səudiyyə Ərəbistanı OPEC lideri kimi, bir qayda olaraq hamıya nümunə olub və öhdəliklərini artıqlamasıyla yerinə yetirib. Bununla da hasilatın azaldılması planı ümumilikdə alyans tərəfindən çox vaxt 100%-dən də artıq yerinə yetirilib.

Amma məhdudiyyətlər daha öncə görünməmiş səviyyəyə gəlincə hər şey dəyişdi, çünki mövcud razılaşmaya görə, hər bir OPEC+ ölkəsi istehsalının demək olar dörddə birini - 23%-ni “qurban verəcək”. İraq saziş üzrə öhdəliklərin yerinə yetirilməsindəki aşağı göstəricini texniki və maliyyə çətinlikləri ilə izah edib. Qazaxıstan mayda “sənayedəki ətalətə” görə neft hasilatının azalma tempini planlı səviyyəyə gətirə bilmədiyini etiraf edib. Cümə axşamı hər iki ölkənin naziri planın yerinə yetirilməməsini oktyabr ayına qədər tam kompensasiya edəcəklərinə söz veriblər. “İraq iyul ayında hasilatı gündəlik əlavə olaraq 57 min barel azaltmağı planlaşdırır, avqust və sentyabr aylarında isə izafi azalma gündəlik 258 min barel olacaq”, - “Reuters” agentliyi məlumat yayıb.

Nigeriya, Anqola və Qabondan da eyni qaydada plan gözlənilir. OPEC saytında dərc olunan iclasın yekunlarına dair kommünikedə onların iyunun 22-dək təqdim olunacağı bildirilir. Yalnız bundan sonra OPEC+ nazirləri əvvəlcədən iyunun 18-nə təyin edilmiş yekun mətbuat konfransını keçirəcəklər.

OPEC+ Monitorinq Komitəsi növbəti iclasını iyulun 15-də keçirəcək.

Son xəbərlər

Orphus sistemi