OPEC Liviya və Nigeriyanın neft hasilatını məhdudlaşdırmaq istəyir

OPEC Liviya və Nigeriyanın neft hasilatını məhdudlaşdırmaq istəyir OPEC-in may ayı hasilatı ilin maksimumuna yüksəlib
Energetika
7 İyul , 2017 19:34
OPEC Liviya və Nigeriyanın neft hasilatını məhdudlaşdırmaq istəyir

Bakı. 7 iyul. REPORT.AZ/ OPEC neft ixrac edən ölkələr təşkilatı üzv ölkələrdən Liviya və Nigeriyanın neft hasilatını məhdudlaşdırmaq istədiyini bildirib. 

"Report"un "The Wall Street Journal"a istinadən verdiyi xəbərə görə, bu barədə kartelin nümayəndələri məlumat veriblər.

Bildirilir ki, adıçəkilən 2 ölkədə artan neft hasilatı OPEC-in neft qiymətlərinə təsir gücünü azaldır. Fars körfəzi ölkələrindən birinin nümayəndəsi deyib ki, Nigeriya artıq bizdə narahatlıq doğurmağa başlayıb. Digər kartel nümayəndələri də bu fikri dəstəkləyiblər.

Rusiya və digər OPEC üzvü ölkələr Nigeriya və Liviyaya bu ayın 24-də keçiriləcək nazirlər iclasına öz nümayəndələrini göndərmələrini istəyib.

Qeyd edək ki, OPEC neft hasilatının azaldılması ilə bağlı anlaşmasında Liviya və Nigeriyaya istisna tətbiq edib. Lakin bu ölkələrdə hasilatın son aylarda artımı OPEC-in məcmu neft hasilatının may ayında 2017-ci ilin maksimum səviyyəsi olan 32,08 mln. barel/günə çatmasina səbəb olub.

Son xəbərlər

Orphus sistemi