OPEC-in neft ixracından gəliri 18% azalıb

OPEC-in neft ixracından gəliri 18% azalıb OPEC-in neft ixracından gəliri 18% azalıb
Energetika
13 İyul , 2020 16:36
OPEC-in neft ixracından gəliri 18% azalıb

2019-cu ildə OPEC ölkələrinin neft ixracından gəliri 564,9 mlrd ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə təşkilatın illik hesabatında qeyd edilib.

Bu göstərici isə 2018-ci ildən 18% azdır.

2019-cu ildə OPEC ölkələri gündəlik orta hesabla 22,47 mln barel neft ixrac ediblər. Bu isə 2018-ci ilin göstəricisindən 7,5% azdır.

Hesabat dövründə Səudiyyə Ərəbistanı neft ixracından 202,4 mlrd ABŞ dolları, İraq 80 mlrd ABŞ dolları, Küveyt isə 52,4 mlrd ABŞ dolları gəlir əldə edib.

Hesabata görə, 2019-cu ildə dünyada təsdiqlənmiş neft ehtiyatları 3,6 faiz artaraq 1,551 trilyon barelə çatıb. OPEC-ə üzv ölkələrdəki ehtiyatlar isə 2018-ci ildə bir qədər azaldıqdan sonra ötən il ərzində 3,7 faiz artaraq 1,23 trilon barel olub. Həmçinin ABŞ-da təsdiqlənmiş neft ehtiyatlarının həcmi 2019-cu ildə 20,1 faiz artaraq 52,64 milyard barelə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi