OPEC-in neft hasilatı sentyabrda İraq və Liviyanın hesabına artıb

OPEC-in neft hasilatı sentyabrda İraq və Liviyanın hesabına artıb OPEC+ anlaşmasına 97% əməl olunub
Energetika
47
30 Sentyabr , 2017 10:37
OPEC-in neft hasilatı sentyabrda İraq və Liviyanın hesabına artıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ OPEC-in neft hasilatı sentyabr ayında 50 min barel/gün artım göstərib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb İraq və Liviyada hasilatın artması olub.

Agentlikdən həmçinin bildirilib ki, OPEC üzvləri tərəfindən hasilatın azaldılması ilə bağlı anlaşmaya sentyabr ayında 86% riayət olunub. Avqustda bu göstərici 89% təşkil edib. İraq tərəfindən hasilatın artırılması isə onu göstərir ki, bu ölkədə baş verən siyasi gərginlik neft ixracına mənfi təsir göstərməyib.

"Reuters" xəbər verir ki, sentyabr ayında Liviya neft hasilatını 50 min barel/gün artırıb, Nigeriya isə 30 min barel/gün azaldıb. İraq neft hasilatını 40 min barel/gün artırıb, həmçinin S.Ərəbistanı və İran hasilatı 20 min barel/gün artırıb. Anqola və Venesuelanın neft hasilatında isə azalma müşahidə olunub.

Agentliyin araşdırmalarına əsasən, OPEC+ anlaşması iştirakçılarının sentyabrda neft hasilatı 32,72 mln. barel/gün təşkil edib ki, bu da anlaşmada qəbul olunan maksimum səviyyədən 970 min barel/gün yuxarıdır. Başqa sözlə, anlaşmaya 97% əməl olunub.