Yuxarı
    Bağlamaq

    OPEC-in Monitorinq Komitəsinin iclası Rusiyada keçirilə bilər

    Neft ölkələrinin mütəmadi olaraq görüşlər keçirməsi planlaşdırılır

    Bakı. 31 may. REPORT.AZ/ OPEC-in neft hasilatının azaldılması ilə bağlı Monitorinq Komitəsinin nazirlər səviyyəsində növbəti iclası iyul ayının 22-24-də Rusiyada keçirilə bilər. 

    "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

    "OPEC-in baş katibi Barkindo ilə iclasın 22-24 iyulda keçirilməsini müzakirə etmişik. Düşünürəm ki, digər komitə üzvləri ilə də tarixi razılaşdıracayıq", - nazir qeyd edib. A.Novak iclasın Rusiyada, amma hansı şəhərdə keçiriləcəyinin məlum olmadığını bildirib.

    Həmçinin nazir qeyd edib ki, Rusiya və OPEC nazirlər səviyyəsində görüşlərin mütəmadi olaraq keçirilməsini müzakirə edir. 

    "Hazırda elə bir yerə ehtiyacımız var ki, onunla bağölı bütün OPEC üzvləri razılaşsın. Bu elə bir yer olmalıdır ki, hasilatın azaldılması ilə bağlı anlaşma sona çatdıqdan sonra da fəaliyyətini davam etdirə bilsin. Biz hələ ki, bunun formatını düşünürük", -  nazir əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi